Tahir Gözel Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşüb
20.08.2024 - 22:49
Tahir Gözel Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşüb

Klubumuzun prezidenti Tahir Gözel Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.

Apasport.az xəbər verir ki, Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub.

Klubumuzun Xorvatiya səfərində də komandamızı tək qoymayan Tahir Gözel səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib. 

Görüş zamanı “Qarabağ”ın uğurları, klubumuzun artıq bir brendə çevrilməsi və bütün dünyanın komandamızla, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov komandamıza uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

writer photo
Əlirza Əlirzalı
0