Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”
14.11.2022 - 16:14
Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”

“Azərbaycan çempionatının təşkilində hər il olduğu kimi bu il də daha peşəkarlaşmağa doğru gedirik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O, ölkə çempionatının püşkatmasından sonra fikirlərini açıqlayıb: “Bu da ondan ibarətdir ki, komandaları, onların üzvlərini daha da peşəkar edək. Federasiyanın qoyduğu kriteriyalara uyğun olaraq qəbul edək. Əlbəttə, iştirak etmək istəyənlər çoxdur. Amma elələri var ki, kriteriyalara istədiyimiz kimi cavab vermirlər. Düşünürəm ki, gələn il komanda sayı daha çox olacaq. Ümumiyyətlə, federasiyanın gələcək işlərinə daha çox, daha fərqli yanaşma olacaq. Hətta gələn ildən 1-ci, 2-ci liqalar ola bilsin başlasın. Bu il ilk iki yeri tutacaq komandalar Azərbaycanı Çempionlar Liqasında, 3-cü yerin sahibi avrokuboklarda təmsil edəcək. Əvvəllər belə şey yox idi. Bu, həm reytinqimizə uyğundur, həm də komandalarımızın səviyyəsinin yüksəlməsinə dəlalət edir. Biz də istədik ki, Azərbaycan klublarından biri Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”.

Nəsibov peşəkar futbolçuların minifutbola keçid qaydalarına da toxunub: “Peşəkar futboldan uzaqlaşdıqdan 1 il sonra oyunçular minifutbol çempionatında oynaya bilər. 1/4 finaldan başlayaraq eyni meydançada ev-səfər prinsipi ilə təşkil olunacaq mərhələlərdə meydan sahibləri simvolik xarakter daşıyacaq”.

Qeyd edək ki, Azərbaycan çempionatı 7 ay davam edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0