Tərlan Əhmədov keçmiş futbolçularını istəyir
16.10.2022 - 14:51
Tərlan Əhmədov keçmiş futbolçularını istəyir

Misli Premyer Liqasının V turundan sonra “Kəpəz”ə baş məşqçi təyin olunan Tərlan Əhmədov qış fasiləsində öz komandasını quracaq.

Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis dövrələrarası fasilədə Gəncə klubuna bir neçə əcnəbi futbolçu cəlb edəcək.

Əhmədov vaxtilə “Keşlə”də (indiki “Şamaxı”) rəhbərliyi altında çıxış etmiş üç oyunçunu yenidən sərəncamında görməkdə maraqlıdır. Bunlar syerra-leoneli Con Kamara, malili Sadio Tounkara və moldovalı Stanislav Namaşkodur.

Yarımmüdafiəçilər Kamara ilə Tounkara mövsümün əvvəlindən klubsuz olduğundan, rəhbərlik müsbət cavab verəcəyi təqdirdə, onların Azərbaycana qayıtmasında problem yaşanmayacaq. Qapıçı Namaşko isə ölkəsinin “Belts” klubunun formasını geyinir.

Qeyd edək ki, “Kəpəz” 9 turdan sonra 4 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.
 

writer photo
Əlirza Əlirzalı
0