Top komandaların reytinqi açıqlandı - “Qarabağ” gerilədi
29.10.2022 - 11:04
Top komandaların reytinqi açıqlandı - “Qarabağ” gerilədi

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycan reytinq cədvəlində üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” “Top-100”dəki yeganə komandamızdır.

Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə geriləyib. V turda “Nant”a 1:2 hesabı ilə uduzan “Qarabağ”ın xallarının sayı dəyişməyərək 212-də qalsa da, mövqeyini əldən verib. Ağdam klubu hazırda Avropanın 79-cu komandasıdır. Təmsilçimiz 2 pillə geriləyib. 

Digər klublarımız cədvəlin ikinci yarısında yer alıb. Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 224-cüdür. İki addım irəliləyən “Qəbələ” 5 xala 389-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2323 xala malik “Real” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0