Turan Bayramov 1/8 finalda məğlub oldu
09.08.2024 - 14:40
Turan Bayramov 1/8 finalda məğlub oldu

Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb. 

74 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Turan Bayramov albaniyalı Çermen Vəliyevlə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə məğlub olan güləşçimiz növbəti mərhələyə yüksələ bilməyib. 

writer photo
Əlirza Əlirzalı
0