Hazırda Premyer Liqada ikinci pillədə qərarlaşmış “Turan Tovuz” aparıcı oyunçularını komandada saxlamaq niyyətindədir.
Apasport.az saytına verilən məlumata görə, Kurban Berdıyev əksər legionerlərin performansından razıdır. Ona görə də, həmin legionerlərin komandada qalmasını istəyir.
Həmin futbolçulardan biri də Roderik Millerdir. “Turan Tovuz” da panamalı futbolçunun müqavilə müddətini artırmağı planlaşdırır.
32 yaşlı müdafiəçinin bölgə klubumuzla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Miller 2023-cü il martın 22-dən “Turan Tovuz”da oynayır.
Panama millisinin üzvü “Turan Tovuz”a qədər “Merida”(Meksika), “San-Fransisko”(Panama), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Karlos Steyn”(Peru), “Əl-Kuvva”, “Əl-Mina”(hər ikisi İraq) klublarında oynayıb.