"Turnir cədvəli ürəkaçan deyil" - MÜSAHİBƏ
08.10.2023 - 19:33
"Turnir cədvəli ürəkaçan deyil" - MÜSAHİBƏ

"Futbolçular qələbə üçün əllərindən gələni etdilər. Azarkeşlərə təşəkkür edirəm. Onları sevinməyə layiqdir".

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov deyib. O, jurnalistlərin suallarını cavablandırıb. 

- İlk yarıda sönük komanda gördük. Fasilədə nə dəyişdi?
- Razıyam. İlk hissədə hər iki komandanın ifasında sönük oyun keçdi. Oyunun gərginliyi var idi. Hər iki komandaya qələbə lazım idi, heç kim risk etmək istəmirdi. Çünki, turnir cədvəli ürəkaçan deyil. Bundan irəli gələ bilərdi. Fasilədə futbolçarla söhbət etdik.

- Yaxşı oyun alınmamasının səbəbi meydanın sürüşkən olması ilə bağlı ola bilər?
- Meydança amilini bəhanə etmək düzgün deyil. Düzdür, Azərbaycanda meydançalar ideal vəziyyətdə deyil. Amma oyunun gözəl alınmaması bununla bağlı deyil. Bir az külək mane oldu.

- Qapıda bu gün Orxan Sadıqlıya şans vermək nə ilə bağlı idi?
- Ümumiyyətlə Orxana şans vermək istəyirdik. Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovda zədə var idi. Əsas səbəbi budur. Bu, o demək deyil ki, Mehdini sildik. Orxan bu gün ümidləri doğrultdu.

- Kasemir Ninqa tam ideal vəziyyətdədir?
- Elə futbolçular var ki, uyğunlaşma prosesini tez keçir, elələri də var ki, bir az gec alınır. Hansı çempionatdan gəlmələrindən də çox şey asılıdır. Onda uyğunlaşma gec gedir deyə hələ ki, start heyətdə oynamır.

- Meydanda çox rahat görünürdü...
- Bugünkü oyuna yaxşı qoşuldu. "Qarabağ"a qarşı da pis oynamırdı. Ninqa yaxşı futbolçudur. Hələ ki, o keyfiyyətlərini burada tam göstərə bilmir.

- Rövlan Muradovun indiki mövqeyi davamlı olacaq? Onun oyunu sizi qane edir?
- Bəli, qane edir. Çempionat uzundur. Rotasiyalar olacaq. İrəlidə də oynaya bilər, arxada da. Hər iki mövqedə üzərinə düşənləri edir.

writer photo
Əlirza Əlirzalı
0