Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması öz meydanında uduzub.
Apasport.az saytı xəbər verir ki, milli AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya məğlub olub.
Oyunun taleyini bir qol həll edib. Rəqib komandanın heyətində Makqukin 19-cu dəqiqədə fərqlənib. Şimali İrlandiya yığmasının üzvü 36-cı dəqiqədə qırmızı vərəqə alıb və komandamız penalti vurmaq hüququ qazanıb. Amma Camal Cəfərov qeyri-dəqiq zərbə vuraraq, hesabı bərabərləşdirmək şansını qaçırıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupun ilk qarşılaşmasında Serbiyaya (0:2) uduzub.
AVRO-2025, seçmə mərhələ
F qrupu
Azərbaycan – Şimali İrlandiya – 0:1
Qol: Makqukin, 19
U-21 Şimali İrlandiyaya məğlub oldu
12.10.2023 - 20:04
0
0