Üçü kənarda, səkkizi təhlükədə
24.09.2022 - 21:44
Üçü kənarda, səkkizi təhlükədə

Misli Premyer Liqasının VII turunda üç futbolçu cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, gələn həftə baş tutacaq VIII turu yalnız qırmızı vərəqə alan futbolçular buraxacaq.

Bu oyunçular Rauf Hüseynli (“Şamaxı”), Rövlan Muradov (“Qəbələ”) və Şakir Seyidovdur (“Turan-Tovuz”). Beş futbolçu isə təhlükəli duruma düşüb.

Bunlar 3-cü sarı vərəqəsini ötən tur alanlardır. Elçin Rəhimli (“Şamaxı”), Ruan Renato (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Hacıağa Hacılı (“Zirə”) və Giorgi Kantariya (“Kəpəz”) həftəsonu xəbərdarlıq alsa, I dövrənin son turunu buraxacaq.

Daha üç futbolçu eyni durumdadır. Onlar “3”ə əvvəlki turlarda çatan Eddi İsrafilov (“Neftçi”), Coy-Lens Mikels (“Sabah”) və Stiven Pereyradır (“Sumqayıt”).

Qeyd edək ki, VIII turun oyunları sentyabrın 30-dan oktyabrın 2-dək keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0