UEFA mövsümün futbolçusu və baş məşqçisi adına namizədləri açıqladı
12.08.2022 - 17:30
UEFA mövsümün futbolçusu və baş məşqçisi adına namizədləri açıqladı

UEFA ötən mövsümün ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, hər iki nominasiya üzrə 3 namizəd qalıb.

Ən yaxşı futbolçu olmağa iddiaçılar “Real”ın qapıçısı Tibo Kurtua, hücumçusu Kərim Benzema və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir.

Karlo Ançelotti (“Real”), Pep Qvardiola (“Mançester Siti”) və Yurgen Klopp (“Liverpul”) isə ən yaxşı baş məşqçi mükafatına namizəddir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. 

writer photo
Əlirza Əlirzalı
0