UEFA “Qarabağ”ın ÇL-dəki potensial rəqiblərini 5-ə endirdi - ADLAR
13.06.2022 - 18:16
UEFA “Qarabağ”ın ÇL-dəki potensial rəqiblərini 5-ə endirdi - ADLAR

“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun mümkün rəqiblərinin sayı 5-ə enib.

Bunlar “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya) və “Dinamo”dur (Batumi, Gürcüstan).

Qeyd edək ki, sabah keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0