UEFA "Sumqayıt"ı cərimələyib
28.08.2024 - 14:14
UEFA "Sumqayıt"ı cərimələyib

UEFA "Sumqayıt"ı cərimələyib.

Apasport.az xəbər verir ki, buna komandanın evdə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi "Fehervar"a uduzduğu ilk oyunda meydana yad əşyaların atılması səbəb olub.

"Kimyaçılar" 5250 avro ziyana düşüb.

Bundan başqa beş futbolçusu sarı vərəqə aldığı üçün də "Sumqayıt"a xəbərdarlıq edilib.  

Qeyd edək ki, sözügedən görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.

writer photo
Əlirza Əlirzalı
0