"Apasport"un və Sport24.az-ın APA TV-də yayımlanan birgə layihəsində budəfəki qonaq Sumqayıt Futbol Akademiyasının direktoru Hakan Sünal olub.
Sünal uşaq futbolunda baş verən maraqlı bir məsələnin üstünü açıb. O bildirib ki, aşağı yaş qruplarında özlərinə rəqib olan bəzi klubların idarəçiləri önəmli matçlardan qabaq uşaqların valideynlərinə zəng edib yüksək maaş və digər üstünlüklər vəd edirlər.
Beləliklə də ağılları qarışan uşaqlar oyuna çıxanda gözlənilən performans sərgiləmirlər.
Bunun etik olmadığını və oğurluq sayıldığını bildirən türk mütəxəssis bu və digər problemlərlə bağlı APA TV-yə danışıb.
Verilişin tam versiyasını sizə təqdim edirik: