Veşoviç: “Lex”lə oyun asan olacaq”
29.06.2022 - 13:28
Veşoviç: “Lex”lə oyun asan olacaq”

“Lex”lə ilk oyunumuzu səfərdə keçirəcəyik. Ancaq həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyun barədə danışarkən deyib.

Monteneqro millisinin üzvü Polşa mətbuatına açıqlamasında şanslarını dəyərləndirib. 31 yaşlı cinah oyunçusu birinci matçın Poznanda keçirilməsinin onların lehinə olduğunu düşünür: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də, daha asan olacaq”.

“Qarabağ”a gəlməzdən əvvəl 2018-2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinən Veşoviç orada xoşagəlməz anlar yaşadığını etiraf edib: “Klubdakı insanlarla problemim var idi. Mənə hörmət etmədiklərini hiss etdim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.

Qeyd edək ki, “Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0