Voyislav Stankoviç: “Bizi çətin oyun gözləyir”
10.03.2023 - 11:44
Voyislav Stankoviç: “Bizi çətin oyun gözləyir”

"Oyuna yaxşı hazırlaşırıq. Məşqlərimiz yaxşı gedir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Voyislav Stankoviç deyib.

36 yaşlı müdafiəçi Misli Premyer Liqasının XXVI turunun “Şamaxı” ilə oyunu ərəfəsində klubun rəsmi televiziyasına açıqlama verib. Serbiyalı legioner hazırlıq prosesini dəyərləndirib və səfərdəki qarşılaşma haqda danışıb: “Bilirik ki, bizi yalnız yerli futbolçuların oynadığı komanda gözləyir. "Şamaxı" son matçlarda yaxşı oyunlar göstərir. Yaxşı formada olduqlarını görmək mümkündür. Evdə çox inamlı çıxış edirlər. "Sabah"a da qalib gəliblər. Ona görə də, bizi çətin oyunun gözlədiyini demək olar”.

Stankoviç müdafiənin sol cinahında əvvəl Azər Salahlı, son iki matçda Azər Əliyevin oynamasının anlaşmaya təsiri barədə sualı da cavablandırıb: “Salahlı oynayanda da, anlaşma yaxşı durumda idi. Əliyevlə də belədir. Son oyunlarda baş məşqçi onun daha yaxşı formada olduğuna və oynamasına qərar verib. Peşəkar futbolçuyam, yanımda hansı futbolçu oynayırsa-oynasın, ona uyğun öz işimi göstərməliyəm”.

Qeyd edək ki, martın 12-də keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü saat 15:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0