“Karyerama Azərbaycanda, o cümlədən “Neftçi”də davam etmək istəyərdim”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Voyislav Stankoviç deyib.
Bu yay Bakı klubundan ayrılan 36 yaşlı serbiyalı müdafiəçi gələcək karyerası barədə danışıb: “Amma hazırda belə variant yoxdur. Premyet Liqadan təklif almışdım. Sadəcə maddi məsələlərdə anlaşa bilmədik. Bu üzdən artıq Serbiyadayam. Böyük ehtimalla karyerama da burada davam edəcəm. Hazırda danışıqlar gedir. Maliyyə məsələlərində razılıq əldə olunsa, buradakı klublardan birində oynayacam. Hələ ki, gözləyirəm”.
Qeyd edək ki, Stankoviç ötən mövsüm Misli Premyer Liqasında 29 oyuna 2 qol vurub.