"Qəbələ" olaraq layiq olduğumuz yerdə deyilik.
Apasport.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.
O, komandasının Misli Premyer Liqasson turda "Qarabağ"a 1:2 uduzmasını şərh edib: "Bəli, son turda "Qarabağ"a uduzduq. Onlara qarşı oynamaq hər zaman ağır olub. Oyuna da pis başladıq, ancaq toparlana bildik. Rəqib azlıqda qaldıqdan sonra daha çox hücumlar etdik. Məncə, həmin oyunun ədalətli nəticəsi bərabərlik idi. Amma, onunla da razıyam ki, oyuna pis başlamışdıq və hətta böyük hesablı məğlubiyyət də qeydə alına bilərdi. Digər tərəfdən isə, "Qarabağ" qarşısında yaradılan qol epizodlarına baxıram, məncə, qalib gəlmək mümkün idi".
İsgəndərov komandasının hazırda turnir cədvəlinin son pilləsində qərarlaşmasını da şərh edib. Bununla yanaşı, o, bu gün "Kəpəz"ə qarşı keçiriləcək matçdan gözləntisini də açıqlayıb: Hər oyun, hər xal bizim üçün çox vacibdir. Çalışıb vəziyyəti daha yaxşıya doğru dəyişəcəyik. Ağır Gəncə səfərindəyik. Burada oynamaq çətindi. Qələbə ilə geri dönmək istəyirik. Hazırkı vəziyyətdə bütün matçlar ağır və vacibdir. Amma vəziyyəti düzəldəcəyimizə inanıram. İndiki halda yalnız xallar yığıb vəziyyətimizi düzəltməyə çalışırıq".