Xanım basketbolçularımızın ilk sınağı-YENİLƏNİR
09.11.2023 - 12:24
Xanım basketbolçularımızın ilk sınağı-YENİLƏNİR

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki,  C qrupunda yer alan millimiz səfərdə Litvanın qonağı olacaq.

Avropa çempionatında debüt edəcək komandamız ilk oyununda xal qazanmağa iddialıdır. Vilnüsdə keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, qrupun ilk matçında Polşa səfərdə Belçikaya 67:62 hesabı ilə qalib gəlib.

AVRO-2025
Seçmə mərhələ
I tur
21:30.Litva – Azərbaycan
Vilnüs. Jeep Arena”

writer photo
Əlirza Əlirzalı
0