“Ximki”dən Qurban Qurbanov təklifinə cavab
02.09.2022 - 17:42
Rusiyanın “Ximki” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışıqlar aparması barədə xəbərlərə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin Müşahidə Şurasının üzvü Roman Teryuşkov 50 yaşlı mütəxəssislə danışıq aparmadıqlarını bildirib.
O, “sport-ekspress”ə açıqlamasında xəbəri təkzib edib: “Biz bu mütəxəssislə əlaqə saxlamamışıq”.
Qeyd edək ki, rusiyalı jurnalist İvan Karpov “Ximki”nin Qurbanova təklif göndərdiyini, mütəxəssisin bundan imtina etdiyini açıqlayıb.
0
0