Yaroşik: “Məğlub olmadığımıza görə çox sevinirik”
15.07.2023 - 21:31
Yaroşik: “Məğlub olmadığımıza görə çox sevinirik”

“Baxımlı oyun alındı. Həm bizim, həm rəqibin qol imkanları oldu”.
Apasport.az saytı xəbər verir ki, bunu “Orenburq”un baş məşqçisi İrji Yaroşik deyib.
“Qəbələ” ilə yoxlama matçında heç-heçə oynayan rəqibin çexiyalı çalışdırıcısı komandamız haqqında müsbət fikirlər bildirib: Yaroşik “Biz çox yaxşı komanda ilə qarşılaşdıq. Məğlub olmadığımıza görə çox sevinirik”.
Qeyd edək ki, yoldaşlıq matçında “Qəbələ” hesabı açsa da, “Orenburq” məğlubiyyətdən qaça bilib.
 

writer photo
Əlirza Əlirzalı
0