Yığmamız biabırçı hesabla uduzdu
20.11.2022 - 21:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Samir Əliyevin yetirmələri hazırlıq çərçivəsində ikinci sınağına çıxıb.
İsveçlə qarşılaşan komandamız biabırçı hesabla uduzub. Rəqib millimizi 8:1 hesabı ilə darmadağın edib. Yığmamızın heyətində Mustafa Yıldırım fərqlənib.
Qeyd edək ki, milli ilk görüşdə Macarıstanla oynayıb və həmin qarşılaşmada da böyük hesabla uduzub – 0:3.
0
0