Yığmamız Macarıstanı qəbul edir
12.07.2024 - 10:03
Yığmamız Macarıstanı qəbul edir

Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. 

Apasport.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Qızlarımız evdə Macarıstanı qəbul edəcək. Macarıstan üzərində qələbə milli komandaya çempionatın pley-offuna vəsiqə qazandıracaq, B liqasında qalmağa kömək edəcək.

Qeyd edək ki, millimiz iyulun 16-da səfərdə İsveçrə ilə üz-üzə gələcək.

Avropa çempionatının seçmə mərhələsi

B liqası

V tur

12 iyul

20:00. Azərbaycan - Macarıstan

Baş hakim: Jelena Pejkoviç (Xorvatiya)

Liv Bona Dea Arena

 

 

writer photo
Əlirza Əlirzalı
0