Yığmamız məğlubiyyətlə başladı
08.04.2023 - 15:09
Yığmamız məğlubiyyətlə başladı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, millimiz Monteneqro ilə qarşılaşıb.

Görüş Slovakiyada təşkil olunub. Yığmamız bu görüşdə 0:3 hesab ilə uduzub.

Qeyd edək ki, millimiz aprelin 11-də Slovakiya ilə görüşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0