Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşıb.
B Liqasının İ qrupunun IV turunun matçı “Dalğa Arena”da baş tutub. Siyasət Əsgərovun yetirmələri dörd gün əvvəl Türkiyədə aldığı məğlubiyyətin revanşını alıb. Səfərdə 0:1 uduzan millimiz doğma azarkeşlər qarşısında eyni nəticə qalib gəlib. Bu qələbədən sonra yığmamız 4 xalla 3-cü pilləyə yüksəlib. Türklərin hesabında 6 xal var.
Qeyd edək ki, qrupun digər görüşündə Macarıstan İsveçrəni qəbul edəcək.
AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
4 iyun
19:00. Azərbaycan - Türkiyə - 1:0
Qol: Nigar Mirzəliyeva, 89
Baş hakim: Nanna Löf Andersen (Danimarka)
Bakı. “Dalğa Arena”