“Zəngəzur” yarımfinalda
16.09.2023 - 00:16
“Zəngəzur” yarımfinalda

Azərbaycan təmsilçisi minifutbol üzrə Avropa Kubokunda yarımfinala yüksəlib.

Apasport.az-ın məlumatına görə, “Zəngəzur” ¼ finalda qələbə qazanıb.

Komandamız İsrailin “Red Mead Tad” klubunu mübarizədən kənarlaşdırıb. Əsas vaxtı 0:0 bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Lotereyada daha dəqiq olan “Zəngəzur” 5:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təmsilçimiz yarımfinalda Rumıniyanın “Borussiya Sibiu” klubu ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0