Neymar icarəyə verilir
21.06.2022 - 21:56
Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, cənubi amerikalının “Yuventus”a icarəyə veriləcəyi gözlənilir.
Fransa klubunun idman direktoru Luis Kampos turinlilərlə danışıqlara başlayıb. O, İtaliya klubuna 30 yaşlı braziliyalını icarəyə götürməyi təklif edib. Parislilər Neymarın maaşının bir hissəsini də ödəməyə razıdır.
Qeyd edək ki, cənubi amerikalı 2017-ci ildə PSJ-yə keçib. Müqaviləsi 2025-ci ildə başa çatacaq hücumçu 144 matçda 100 qol və 60 assistə imza atıb.
0
0