“Zirə” heyətini paraqvaylı futbolçu ilə gücləndirdi
01.03.2024 - 16:58
“Zirə” heyətini paraqvaylı futbolçu ilə gücləndirdi

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

Apasport.az xəbər verir ki, klub paraqvaylı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Yarımmüdafiəçi ilə razılaşmanın müddətinin uzadılması hüququ "Zirə"yə məxsusdur.

Qeyd edək ki, 2016/17 mövsümündə komandanın şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0