“Zirə” – “Qəbələ” oyununun hakimləri açıqlandı
03.02.2023 - 15:23
“Zirə” – “Qəbələ” oyununun hakimləri açıqlandı

Misli Premyer Liqasında XXI turun bütün təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turun matçlarını idarə edəcək hakimlər də müəyyənləşib.

“Kəpəz”lə “Qarabağ”ın sabahkı matçında Rauf Cabarov söz sahibi olacaq. “Zirə” və “Qəbələ” arasında mərkəzi oyun isə Kamal Umudluya tapşırılıb.

Misli Premyer Liqası
XXI tur
04 fevral (şənbə)
“Kəpəz” – “Qarabağ”
Hakimlər:
Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu, 14:00

5 fevral (bazar)
“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30

“Zirə” – “Qəbələ”
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 16:00

6 fevral (bazar ertəsi)
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 14:00

“Sabah” – “Səbail”
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”, 18:00
 

writer photo
Əlirza Əlirzalı
0