“Zirə”dən gözlənilməz qərar
20.11.2023 - 10:51
“Zirə”dən gözlənilməz qərar

Premyer Liqanın lideri “Zirə” qış təlim-məşq toplanışı üçün maraqlı addım atıb.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi böyük ehtimalla hazırlıq üçün ölkə xaricinə üz tutmayacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Bakıda qalacağı, ən yaxşı halda Qəbələyə yollanaraq orada bir neçə gün qalıb, bəzi yoxlama görüşləri keçirəcəyi gözlənilir. Komanda sıx qrafiki nəzərə alaraq, ölkə xaricinə yollanmamaq qərarı alıb.

Qeyd edək ki, “Zirə” 13 turdan sonra 27 xalla ölkə çempionatının lideridir.

writer photo
Əlirza Əlirzalı
0