"Zirə"dən ikinci heç-heçə
24.07.2023 - 19:07
"Zirə"dən ikinci heç-heçə

Yeni mövsümə Türkiyədə hazırlaşan “Zirə” növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Bolu toplanışında ikinci matçına çıxıb.

Bakı klubunun rəqibi Tanzaniya təmsilçisi “Simba” olub. Görüş “Vonresort” otelin meydançasında baş tutub.

Matç "sülh"lə başa çatıb. Rəqib hesabı açsa da, Bakı təmsilçisi stutus-kvonu bərpa edib.

24 iyul

Yoxlama oyunu

“Zirə” – “Simba” - 1:1

Rüstəm Əhmədzadə, 63

Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında “Fatih Karagümrük”lə üz-üzə gəlib. Qarşılaşma qolsuz sülhlə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0