“Zirə”dən səfər qələbəsi, “Qəbələ” yenə büdrədi - YENİLƏNİB
22.10.2022 - 20:19
“Zirə”dən səfər qələbəsi, “Qəbələ” yenə büdrədi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, hər iki matç paytaxtdan kənarda baş tutub.

Günün ilk qarşılaşması Qəbələdə təşkil olunub. Eyniadlı komanda çempionatın autsayderlərindən olan “Kəpəz”i sınağa çəkib. Elmar Baxşıyevin yetirmələri hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Nəticədə Gəncə təmsilçisi səfərdən 1 xalla dönməyə müvəffəq olub. "Qəbələ" isə "Qarabağ" (0:1) və "Şamaxı" (1:1) ilə matçlardan sonra ardıcıl üçüncü görüşdə xal itirib.

Digər görüşdə autsayderlər qrupunda yer alan komanda ev sahibi olub. “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. Hər hissədə rəqib qapısından bir top keçirən bakılılar səfər qələbəsi əldə edib. Bu, Rəşad Sadıqovun komandasının 4-cü pillədəki mövqeyini bir qədər möhkəmlətməsinə kömək olub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
XI tur
22 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Kəpəz” - 1:1
Qollar:
İsnik Alimi, 20 - Fərid Nəbiyev, 61
Baş hakim: Rəşad Əhmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 14. Elçin Əlicanov, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadəğ, 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə” - 0:2
Qollar:
Rəhim Sadıxov, 16 (pen.), Sertan Taşkın, 72
Baş hakim: Fərid Hacıyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov
“Zirə”: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 26. Nemanya Andelkoviç
Baş məşqçi: Rəşad Sadıqov
“Kapital Bank Arena”

1

Qarabağ

10

10

0

0

31-7

30

2

Sabah

10

8

1

1

23-7

25

3

Neftçi

10

7

1

2

19-9

22

4

Zirə

11

6

1

4

15-17

19

5

Qəbələ

11

5

2

4

15-11

17

6

Turan Tovuz

10

3

3

4

8-13

12

7

Səbail

10

2

3

5

11-14

9

8

Kəpəz

11

1

2

8

7-26

5

9

Sumqayıt

11

0

4

7

2-16

4

10

Şamaxı

10

0

3

7

5-16

3

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 10 qol, Musa Qurbanlı ("Qarabağ") - 8 qol, Coy Lens Mikels ("Sabah") - 6 qol. 

writer photo
Əlirza Əlirzalı
0