Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının C1 qrupunun açılış turunun İsveç millisi ilə Bakıda keçiriləcək oyununa yekun ərizəsini açıqlayıb.
Apasport.az xəbər verir ki, yalnız “Zirə”nin kapitanı Qismət Əliyev yekun ərizədən kənarda qalıb.
Milli komandamızın sifariş ərizəsi isə belədir:
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov;
Müdafiəçilər: Amin Seydiyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov;
Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev;
Hücumçular: Ozancan Kökçü, Ramil Şeydayev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Azərbaycan - İsveç matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.