“Zirə”nin müdafiəçi planı
13.06.2023 - 13:46
“Zirə”nin müdafiəçi planı

“Zirə”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiə xəttini gücləndirmək niyyətində olan Bakı klubu İvan Kriçakı heyətinə qatmağa qərar verib.

Qəsəbə təmsilçisi İsveçin “Myalbyu” klubunun 27 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Vətənində “Radnik”, “Sindelik” və “Rad”da oynamış serbiyalının keçidinin bu yay gerçəkləşməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin əvvəlindən indiki klubunda forma geyinən Kriçak bu müddətdə İsveçin yüksək liqasında 52 oyun keçirib. Onun hesabında 2 qol var.

writer photo
Əlirza Əlirzalı
0