“Arsenal”ın qapıçısına müştəri
26.07.2022 - 00:00
“Arsenal”ın qapıçısına müştəri

“Arsenal”ın qapıçısı Bernd Leno karyerasını “Fulhem”də davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, keçidlə bağlı danışıqlara start verilib.

Qapıçı axtarışında olan London klubunun əsas namizədi məhz Lenodur. Amma klub rəhbərliyi alternativ varianta da malikdir. Bu, “Barselona”nın əlcək sahibi Netodur.

Qeyd edək ki, “Fulhem” bir müddət öncə “Mançester Yunayted”in müdafiəçisi Brendan Uilyamsı heyətinə qatıb.

writer photo
Əlirza Əlirzalı
0