“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”
15.04.2024 - 00:59
“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

Bu gün beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan futzal üzrə Azərbaycan millisi 2:3 hesabı ilə yenilib.

Apasport.az xəbər verir ki, matçla bağlı komandamızın baş məşqçisi Vitali Borisov federasiyanın rəsmi saytına bunları deyib:

“Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfki heyətimiz demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir. Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Rəqibimiz olan Gürcüstan millisi də zəif komanda deyil. Bu gün bizdən üstün oynadılar. Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”.

writer photo
Əlirza Əlirzalı
0