"Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu
01.02.2023 - 02:01
"Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu

İngiltərə Liqa Kubokunun ilk finalçısı bəlli olub.

Apasport.az xəbər verir ki, bu, "Nyukasl Yunayted" olub.

Səfərdə Premyer Liqanın autsayderi "Sauthempton"a 1:0 qalib gəlmiş "Nyukasl" bu dəfə rəqibini öz meydanında minimal hesabla məğlub edib – 2:1.

Qeyd edək ki, "Nyukasl"ın finaldakı rəqibinin adı sabah rəsmiləşəcək. "Old Traford"da "Mançester Yunayted" səfərdə 3:0 qalib gəldiyi "Notinqem Forest"lə cavab görüşünə çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0