Bukmeker kontorlarında daha bir diqqətçəkən uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, bu dəfə Nigeriyadan olan proqnozsevər böyük qazanc əldə edib.
Afrikalı better basketbol üzrə Rusiya Superliqasının bir matçında zənginləşib. O, qadınlardan ibarət “UGMK-Yunior”la “Stavropolçanka”nın görüşünə 4 milyon naira (15 min 245,69 manat) yatırıb.
Nigeriyalı meydan sahiblərinin ən azı 27,5 xal fərqi ilə qalib gələcəyini təxmin edib. O, proqnozunda yanılmayıb. Yekaterinburq təmsilçisi 99:56 hesablı qələbə qazanıb. 2,10 əmsallıq mərc ona 8,4 milyon naira (32 min 15,95 manat) uduş gətirib.