Azərbaycan çempionatında günün iki matçı
14.01.2024 - 10:41
Azərbaycan çempionatında günün iki matçı

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün birincilikdə X turun son 2 görüşü keçiriləcək.

Günün ilk matçında “Şəki” komandası “Xırdalan”ı sınağa çəkəcək. Bu maraqlı qarşılaşma Şəki Olimpiya İdman Kompleksində oynanılaçaq.
Turun son matçında isə “Gəncə”nin qonağı “Sabah” olacaq. Gəncəli basketbolsevərlər saat 18:00-dan etibarən şəhərin Olimpiya İdman Kompleksində bu matçı izləyə bilərlər.

Qeyd edək ki, X turun ilk 3 oyununda "Xəzri" "Neftçi"ni 86:84, NTD-İNDİQO "Sumqayıt"ı 104:95 və "Sərhədçi" "Cəlilabad"ı 97:92 hesabı ilə məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0