Basketbolçularımız Bordoda rəqibini gözləyir
09.07.2024 - 22:41
Basketbolçularımız Bordoda rəqibini gözləyir

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bordo mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, Fransadakı turnirdə mübarizə aparacaq Azərbaycan millisi D qrupunda qüvvəsini sınayacaq.

Yığmamız ilk turda təsnifat mərhələsinin qalibi ilə qarşılaşacaq. Qrupa yeganə vəsiqə üçün Avstriya, İrlandiya yığmaları və “Bordo” mübarizə aparacaq.

Millimiz II turda İspaniya ilə üz-üzə gələcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar sabah keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.

Qeyd edək ki, mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq.

Qadın seriyası
Bordo mərhələsi, 9 iyul
D qrupu
I tur

23:15. Azərbaycan – "Bordo"
00:55. Azərbaycan – İspaniya

writer photo
Əlirza Əlirzalı
0