20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda ikinci matçına çıxacaq.
Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışın qrup mərhələsində Böyük Britaniya ilə qarşılaşacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatının B divizionunu iyulun 21-dək davam edəcək.
U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, B qrupu
II tur, 13 iyul
16:30. Azərbaycan – Böyük Britaniya
Piteşti İdman Zalı