Paris-2024: Basketbol yığmamız qələbə qazanıb
02.08.2024 - 20:04
Paris-2024: Basketbol yığmamız qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Çin yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Qızlarımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0