Fransalı basketbolçu Nikola Batum karyerasını bitirmək qərarına gəlib.
Apasport.az-ın məlumatına görə, bu barədə onun həyat yoldaşı sosial şəbəkədə paylaşım edib.
“Los-Anceles Klippers”in hücumçusu Paris-2024 Olimpiadasından sonra idmanla vidalaşacaq. 34 yaşlı basketbolçu karyerasına “Le Man” da başlayıb. 19 yaşında NBA-ya yollanan Batum 7 il “Portlend”dı çıxış edib. 2015-2019-cu illərdə “Şarlott”da oynayan Nikola son üç ili Los-Anceles klubunda keçirib.
Qeyd edək ki, Batum Fransa yığmasının heyətində 2013-cü ildə Avropa çempionu olub. O, milli komanda ilə iki dəfə dünya çempionatının bürünc və Tokio-2021 Olimpiadasının isə gümüş medallarını qazanıb.
Paris-2024 Olimpiadasından sonra vida
15.08.2023 - 21:56
0
0