Pol “Finiks”də “günəş açmadı”
12.05.2023 - 22:18
Pol “Finiks”də “günəş açmadı”

“Finiks ” yayda Kris Pola qapını göstərmək niyyətindədir.

Apasport.az saytı xəbər verir ki, pley-offdakı növbəti uğursuzluq klub rəhbərliyini buna vadar edib.

2020-ci ildən “Finiks”ə qoşulan Pol klubun tarixində ilk çempionluq arzusuna “dərman” ola bilməyib. “Günəşlər” yalnız 2021-ci ildə finala yüksələ biliblər, amma burada da “Miluoki”yə uduzublar. 

Klub rəhbərliyini düşündürən digər məsələ 38 yaşlı basketbolçunun məvacibidir. Müqavilənin şərtlərinə görə, iyunun 28-dən Krisin maaşı 15,8 milyon dollardan 30,8 milyona yüksələcək. Rəhbərlik isə bu müddətədək basketbolçu ilə yolları ayırmağı düşünür.

Qeyd edək ki, “Finiks” konfrans yarımfinalında “Denver”ə məğlub olub (2:4).
 

writer photo
Əlirza Əlirzalı
0