Qodindən vida - vaxtdır
01.08.2023 - 14:13
Qodindən vida - vaxtdır

Dieqo Qodin karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, 38 yaşlı müdafiəçi yaşıl meydandan çəkilməyin vaxtının gəldiyini düşünür.

Uruqvay millisində 161 matçda iştirak edən arxa xətt oyunçusu zəngin karyeraya sahibdir. “Vilyarreal”, “Atletiko” və “İnter” kimi klublarının şərəfini qorumuş Qodin İspaniya çempionluğu ilə yanaşı, İspaniya kuboku və Superkubokunu, Avropa Liqasını, UEFA Superkubokunu və Amerika Kubokunu da qazanıb. 

Qeyd edək ki, peşəkar səviyyədə 20 il futbol oynayan uruqvaylı son olaraq Argentina “Veles Sarsfild”inin formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0