Quti Mbappeyə Madridə getməyi məsləhət gördü
22.12.2022 - 16:38
Quti Mbappeyə Madridə getməyi məsləhət gördü

Madrid “Real”ının sabiq futbolçusu Quti Kilian Mbappeyə PSJ-dən ayrılmağı məsləhət görüb.

Apasport.az xəbər verir ki, o, fransalı hücumçuya “kral klubu”na getməyi tövsiyə edib. 

Quti Mbappeyə potensialını tam açması və lazımi dəyəri görmək üçün məhz “Real”a getməli olduğunu deyib: “PSJ-də qalmaqla Ronaldo və Messiyə verilən qiymətə nail olmaq Kilian üçün demək olar ki, mümkünsüzdür”.
 
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır.
 

writer photo
Əlirza Əlirzalı
0