"Tottenhem"də Poçettinonun qayıdışını ARZULAYIRLAR
09.03.2023 - 20:31
"Tottenhem"də Poçettinonun qayıdışını ARZULAYIRLAR

"Tottenhem"in futbolçuları Maurisio Poçettinonun yenidən baş məşqçi postuna qayıtmasını səbirsizliklə gözləyirlər.

Apasport.az xəbər verir ki, son nəticələrdən sonra klub daxilində italiyalı baş məşqçi Antonio Konte ilə müqavilənin yenilənməyəcəyinə inam artmaqdadır. Veteran oyunçular argentinalı mütəxəssisin cəsarətli oyunu üçün darıxırlar və hesab edirlər ki, futbolçuların inkişafına lazımi diqqət yetirilmir.

Bəzi oyunçular və klub işçiləri fürsət düşən kimi Maurisio Poçettinoya qayıtması üçün yalvarıb. Eyni zamanda, Maurisioya qarşı isti münasibətə baxmayaraq, rəhbərlik onun 2019-cu ildə niyə qovulduğunu unutmayıb.

writer photo
Əlirza Əlirzalı
0