"Sabah"ın baş məşqçisi: "Oyunçularım təzyiqlə bacara bilmədi"
31.10.2024 - 11:56
"Sabah"ın baş məşqçisi: "Oyunçularım təzyiqlə bacara bilmədi"

"Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun 4-cü turunun "Spiru" ilə matçını (68:78) dəyərləndirib.

Apasport.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun Belçika klubuna məğlubiyyətini şərh edib:

"Yaxşı müdafiə olunurduq. Amma çox sadə səhvlər edirdik. Hətta köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişdim. Bəlkə də bu oyunun yaratdığı təzyiqlə bağlı idi. Mənim oyunçularım bu təzyiqlə bacara bilmədi. Rəqib 11 nəfərlə oynayırdı, bizdə isə 7 nəfər var idi. Endar Poladxanlı və DeAndryus zədəlidir. Dizində zədə var. Təzyiqlə bacara bilmədik. Üstəlik, Trevon Duval da idmançıya yaraşmayan hərəkətə görə texniki foul aldı".

writer photo
Əlirza Əlirzalı
0