"Sərhədçi" pley-off yarışının bir addımlığında 
10.04.2024 - 22:44
"Sərhədçi" pley-off yarışının bir addımlığında 

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib.

Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda, "Xəzri" və "Sərhədçi" klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri", pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb.

Oyuna fəal başlayan "Sərhədçi", rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Məlumat üçün xatırladaq ki, bu turda "Sumqayıt" klubu "Sabah" kollektivinə məğlub olarsa, "Sərhədçi" 6-cı pillədən pley-off yarışına vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund).

Qeyd edək ki, 17-ci turun növbəti oyunları ("Neftçi" - "Xırdalan", "Sumqayıt" - "Sabah", "Cəlilabad" - "NTD-İNDİQO", "Şəki" - "Gəncə") 11, 12, 13 və 14 aprel tarixlərində baş tutacaq

writer photo
Əlirza Əlirzalı
0