"Sumqayıt" "NTD-İNDİQO"ya qarşı
12.01.2024 - 11:32
"Sumqayıt" "NTD-İNDİQO"ya qarşı

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün X turun daha bir matçı baş tutacaq.

Sumqayıt Olimpiya Kompleksində keçiriləcək qarşılaşmada şəhərin eyniadlı təmsilçisinin rəqibi “NTD-İNDİQO”dur. Görüş saat 18:30-da start götürəcək. 

Qeyd edək ki, turun açılış matçında “Xəzri” “Neftçi”yə 86:84 hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0