Yığmalarımız Gürcüstanda hazırlıq keçir
18.06.2024 - 19:05
Yığmalarımız Gürcüstanda hazırlıq keçir

Basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığmalarımız Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.

Apasport.az xəbər verir ki, komandalarımız Avropa çempionatının oyunlarına hazırlaşır.

Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçisi olduğu U-18 qonşu ölkədə əsasən taktiki və texniki məşqlər keçir. Hazırlıq prosesində U-16 millimiz artıq bir yoxlama oyununda qüvvəsini sınayıb. Millimiz, "A" divizionunda çıxış edən Gürcüstan U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, U-16 iyulun 9-14-də Albaniyanın paytaxtı Tirana, U-18 isə iyulun 23-28-də Elbasani şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0